Bəxtiyar Vahabzadə - 1

Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəliklə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, «Səməd Vurğunun lirikası» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə «Ana və şəkil» adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. «Mənim dostlarım» adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", «Vicdan», «Yağışdan sonra», «Yollara iz düşür», «Fəryad» və «Hara gedir bu dünya», "Özümüzü kəsən qılınc", «Cəzasız günah», «Dar ağacı», «Rəqabət» (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur.
Ardı →

Gör necə güclüsən - Bəxtiyar Vahabzadə

Yatmaq istəyirəm...sənsizliyimi
Yuxu dənizində batıram deyə. 
Yuxumsa kölgəni öz kölgəm kimi 
İzləyir, qısqanıb səni hər şeyə. 
Yuxum qaçaq düşüb məndən yan gəzir, 
Yuxum küçələrdə sərgərdan gəzir.


Həsrətin asılıb kirpiklərimdən. 
Yuxum da gəlmir ki, heç olmasa mən 
İtirim, batırım səni yuxumda. 
Məndən vəfalıymış sənə yuxum da. 
Yuxum qaçaq düşüb yatammıram mən, 
Yuxum qorxub qaçıb fikirlərimdən…
Davamı →

Heyif I Bəxtiyar Vahabzadə

Heyif o gözlərə o baxışlara,
Özgə birisinə baxacaq həmən.
Heyif o ilahi qövsi qaşlara,
Sınacaq kədərli düşüncələrdən.


Heyif o alovlu ötən çağlara,
Uçan yad budağa tez qonacaqdır.
Heyif gülə bənzər o dodaqlara,
Özgə bir dodağa toxunacaqdır.


Gülüm heyif sənə yazıqlar mənə,
Qoruya bilmədim məhəbbətimi.
Özüm bilə-bilə verirəm yenə,
Özgə birisinə səadətimi.


Davamı →

Həyat sən nə şirinsən?! | Bəxtiyar Vahabzadə

Səndən doymaq olarmı, həyat sən nə şirinsən!
Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən!..
Özünü bu dünyada heç kəs qonaq sanmamış,
Ancaq ömrün özü də bərabər paylanmamış.
Ömür paylanan zaman görün kimə nə düşdü
Üç yüz il boz qarğaya, on il şahinə düşdü.
Həyat sən nə şirinsən, kim səndən doydu getdi?
Davamı →